Bank Of Baku

Güclü külək və intensiv yağışlar Yevlaxda bir sıra fəsadlar törədib - VİDEO

Güclü külək və intensiv yağışlar Yevlaxda bir sıra fəsadlar törədib - VİDEO
# 16 iyun 2023 11:07 (UTC +04:00)

Ötən gecə əsən güclü külək, habelə intensiv yağışlar Yevlax şəhərində bir sıra fəsadlara səbəb olub.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə güclü külək nəticəsində Yevlax şəhərində yerləşən bəzi tikililərin dam örtüyünün qoparaq ətrafa dağılması, irigövdəli ağacın aşaraq hərəkətə mane olması və bir sıra yerlərin subasmaya məruz qalması barədə məlumatlar daxil olub. Dərhal əraziyə FHN-in Aran Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq xilasedicilər tərəfindən gecə saatlarında ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Bununla yanaşı, hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR