Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı 138 nəfər təşkil edir.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin oktyabr ayı üzrə hesabatından məlum olur.
Göstərici aylıq müqayisədə 9 nəfər artıb.
Azərbaycan vətəndaşlarının 44-ü ittiham olunan, 94-ü isə məhkumdur. Təqsirləndirilən şəxslərin 42-si kişi, 2-si qadın, məhkumların isə 80-i kişi, 14-ü qadındır.
Qonşu ölkədə probasiya nəzarətində isə 59 nəfər Azərbaycan vətəndaşı saxlanılır. Aylıq müqayisədə onların sayı 3 nəfər artıb. Həmin şəxslərin 51-i kişi, 7-si qadın, 1-si isə yeniyetmə oğlandır. Onların böyük əksəriyyətinə Tbilisidə (25 nəfər) və Kvemo Kartli bölgəsində (19 nəfər) nəzarət həyata keçirilir.
Gürcüstanda həbs cəzası çəkən xarici ölkə vətəndaşlarının ümumi sayı 1 491, probasiya nəzarətində olan əcnəbilərin ümumi sayı isə 616 təşkil edir.