Hacıqabulda yanğın olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yanğın Hacıqabul şəhəri Ə.Vahid küçəsi ev 76 ünvanında yerləşən fərdi yaşayış evində qeydə alınıb. 300 kvadratmetr sahəsi olan olan 2 mərtəbəli ev yanıb.
Yanğın FHN-nin qüvvələri tərəfindən söndürülüb.