Hacıqabulda 3 yaşlı uşağı avtomobil vurub.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Hacıqabul sakini, 2021-ci il təvəllüdlü Əhmədzadə Nazim Mayis oğlu qəfil yola çıxıb. Bu zaman uşağı avtomobil vurub.
Azyaşlı Şirvan xəstəxanasına yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosunun sorğusuna cavab olaraq bildirib ki, bu gün günorta saatlarında Hacıqabul rayon sakini, 1981-ci il təvəllüdlü Elçin Hüseynovun idarə etdiyi "VAZ-21099" markalı maşın qarşısına çıxan azyaşlını vurub.
Xəsarətlər alan uşaq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Hacıqabul RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.