Bank Of Baku

Hacıqabulda iki yük maşını toqquşub, ölən və yaralanan var - VİDEO

Hacıqabulda iki yük maşını toqquşub, ölən və yaralanan var  - VİDEO
# 12 oktyabr 2025 15:24 (UTC +04:00)

Hacıqabulda iki yük maşını toqquşub, ölən və yaralanan var.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Qaras və Padar kəndlərindən keçən hissəsində baş verib.

"AzəriMed" QSC-yə məxsus “İsuzu” markalı avtomobil arxadan “KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə “İsuzu”-nun sürücüsü Bakı sakini, 1994-cü il təvəllüdlü Sadıqov Sadıq Vasif oğlu hadisə yerində ölüb. Sərnişin Goranboy sakini, 1987-ci il təvəllüdlü Asanov Aslan Mikayıl oğlu Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR