Bank Of Baku

Hacıqabulda mikroavtobus aşıb, 3 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Hacıqabulda mikroavtobus aşıb, 3 nəfər xəsarət alıb - FOTO  - YENİLƏNİB
# 30 oktyabr 2024 11:55 (UTC +04:00)

Bu gün səhər saatlarında Sabirabad rayon sakini Ələsgər Ələsgərli idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsilə Hacıqabul rayonu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və nəticədə mikroavtobus aşıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, hadisə nəticəsində iki nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Araşdırmalar aparılır.

***

10:07

Hacıqabulda mikroavtobus aşıb, 3 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan-Hacıqabul yolunda baş verib.

“Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR