Bank Of Baku

Hacıqabulda mikroavtobus iki piyadanı vuraraq öldürüb

Hacıqabulda mikroavtobus iki  piyadanı vuraraq öldürüb
# 25 avqust 2023 02:07 (UTC +04:00)

Hacıqabulda mikroavtobus iki nəfəri vuraraq öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat bir radələrində Bakı-Qazax magistralının Hacıqabul rayonu Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes Vito” markalı mikroatobus yolu keçən piyadaları vurub.

Onlardan biri - Muğan sakini, 1996-cı il təvəllüdlü İbadov Murad Elçin oğlu hadisə yerində keçinib, onun həmkəndlisi,1997-ci il təvəllüdlü Rzaquliyev Kənan Azər oğlu isə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR