Bank Of Baku

Hacıqabulda ölümlə nəticələnən qəza olub

Hacıqabulda ölümlə nəticələnən qəza olub
# 23 iyun 2023 09:55 (UTC +04:00)

Hacıqabulda ölümlə nəticələnən qəza olub.

APA xəbər verir ki, Hacıqabul rayon 2-ci Paşalı kəndi ərazisində Babayev Məhəmməd İmamverdi oğlu "Opel Zafira" markalı avtomobili idarə edərkən idarəetməni itirərək avtomobili yoldan çıxarıb və aşırıb.

Nəticədə sürücü aldığı bədən xəsarətlərindən ölüb. Avtomobildə olan sərnişin 1995-ci il təvəllüdlü Ağayev Mircəlal Seyidəzim oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan ŞMX-ya daxil olub.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR