Bank Of Baku

Hacıqabulda yol qəzası zamanı altı nəfər yaralanıb

Hacıqabulda yol qəzası zamanı altı nəfər yaralanıb
# 15 avqust 2023 00:02 (UTC +04:00)

Hacıqabulda baş verən qəzada 6 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Udulu kəndi ərazisində qeydə alınıb.

“Mercedes” markalı avtomobillə VAZ 2106 markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər rayon sakini müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

Onların orta ağır və yüngül xəsarətlər aldığı bildirilir. Bəzilərinə ambulator yardım göstərilib, bəziləri isə palatalara yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR