Bank Of Baku

Hacıqabulda yol qəzası zamanı motosikletçi ölüb - FOTO

Hacıqabulda yol qəzası zamanı motosikletçi ölüb - FOTO
# 17 avqust 2023 00:29 (UTC +04:00)

Hacıqabulda motosikletçi avtoqəzada ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Motosikletçi idarəetməni itirərək "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

Nəticədə motosikletin sürcüsü, Hacıqabul sakini - 1999-cu il təvəllüdlü Məmmədzadə Fərid Yaqub oğlu hadisə yerində ölüb.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR