Bank Of Baku

Həbs olunmuş şəxsin Masallıda gizlətdiyi silah tapılıb - FOTO

Həbs olunmuş şəxsin Masallıda gizlətdiyi silah tapılıb - FOTO
# 16 oktyabr 2025 10:54 (UTC +04:00)

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.

Ədliyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, əməliyyat nəticəsində həbs olunmuş şəxs tərəfindən Masallı rayonu ərazisində dəmir yolunun yanında basdırılaraq gizlədilmiş 1 ədəd "Makarov" tipli tapança, 1 ədəd daraq və 4 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR