Bank Of Baku

Həbsdə olan dayısına şirniyyatın içində narkotik keçirmək istəyən şəxs tutulub

Həbsdə olan dayısına şirniyyatın içində narkotik keçirmək istəyən şəxs tutulub
# 05 aprel 2023 10:12 (UTC +04:00)

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən APA-ya verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Akif Oruc oğlu Ələkbərova bacısı oğlu Orxan İlqar oğlu Hüseynov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan şirniyyatın içərisində xüsusi üsulla gizlədilmiş 3 ədəd sellofan bükülüdə ümumi çəkisi 1,664 qram olan narkotik maddə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR