Bank Of Baku

Hərbi prokuror: Bu il qeydə alınmış cinayətlərin 98 faizi açılıb

Hərbi prokuror Xanlar Vəliyev

© APA | Hərbi prokuror Xanlar Vəliyev

# 01 oktyabr 2024 10:21 (UTC +04:00)

Əvvəlki dövrlərdə olduğu kimi, bu ilin də keçən dövrü ərzində Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmuş, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əməkdaşlar əzmlə çalışmışlar.

APA xəbər verir ki, bu barədə Hərbi prokuror Xanlar Vəliyev rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib:

"Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş səmərəli fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və zəhməti sayəsində ötən səkkiz ay ərzində qeydə alınmış cinayətlərin 98, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100 faizi açılıb".

Qeyd olunub ki, 2023-cü ilin 8 ayı ilə müqayisədə, 2024-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 24,7 %, hərbi xidmət əleyhinə olan cinayətlər 25,9 %, qeyri-hərbi cinayətlər isə 23,4 % azalıb.

Eyni zamanda, Özünü öldürmə həddinə çatdırma cinayətləri 82,4 %; Fərarilik cinayətləri 93,3%; Tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər cinayətləri 28,1%; Hərbi xidmətdən yayınma cinayətləri 34%; Maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 83,3%; Odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 30,8%; Silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 50%; Xuliqanlıq cinayətləri 75%; Rüşvət alma (passiv rüşvətxorluq) və Rüşvət vermə (aktiv rüşvətxorluq) cinayətləri isə 59,7% azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR