Bank Of Baku

Hövsanda dənizə yaxın ərazidə yanğın söndürülüb - YENİLƏNİB

Hövsanda dənizə yaxın ərazidə yanğın söndürülüb - YENİLƏNİB
# 14 avqust 2023 16:27 (UTC +04:00)

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində dənizə yaxın açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

APA xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.


Əlavə məlumat veriləcək.

***

15.45

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində dənizə yaxın açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR