Heyvanların hüquqlarının müdafiəsi istiqamətində islahatlar həyata keçirilir. Yeni İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişiklik nəticəsində məsuliyyət daha da sərtləşdirilib.
APA xəbər verir ki, bunu Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanobva sosial şəbəkədə canlı yayımda bildirib.
O bildirib ki, heyvanlara əziyyət verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur: “Sosial şəbəkələrdə heyvanların döyüşdürülməsi halları da inzibati məsuliyyətə səbəb olur. Əgər belə hallarda heyvanın tələf olması baş verərsə, bu zaman cərimə artırılır və məsuliyyət daha da sərtləşdirilir”.