İmişlidə bıçaqlanma hadisəsi olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunda qeydə alınıb.
Yalavac kənd sakini, 1988-ci il təvəllüdlü İbrahimov Elman Elzaman oğlu tanışı tərəfindən bıçaqlanıb.
E.İbrahimov qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.