Bank Of Baku

İmişlidə polis əməkdaşları tərəfindən 16 yaşlı qızın nişan mərasiminin qarşısı alınıb

İmişlidə polis əməkdaşları tərəfindən 16 yaşlı qızın nişan mərasiminin qarşısı alınıb
# 26 oktyabr 2025 13:10 (UTC +04:00)

Oktyabrın 25-də rayonun Yalavac kəndində 22 yaşlı şəxslə 16 yaşlı qızın planlaşdırılan nişan mərasimi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, keçirilən tədbirlərlə nişan mərasiminin qarşısı alınıb, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR