Azərbaycanda xarici ölkə vətəndaşına qarşı dələduzluqda ittiham olunan Elgün Nadirovun cinayət işi üzrə məhkəmə başa çatıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Elgün Nadirov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Qeyd edək ki, Elgün Nadirov İran vətəndaşı Mirzaei Nejad Ojani Ghszalehə qarşı dələduzluqda ittiham edilir.
Elgün Nadirovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan olunub.