Bank Of Baku

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi iki nəfərdə 6 kq marixuana aşkarlanıb

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi iki nəfərdə 6 kq marixuana aşkarlanıb
# 20 sentyabr 2025 12:23 (UTC +04:00)

Biləsuvar rayonu Cəbrayıl şəhərciyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti tədbir keçirilib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının tərəfindən şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar Samir Quliyev və Soltan Abdullyev saxlanılıblar.

Onlara məxsus nəqliyyat vasitəsindən 6 kiloqramdan artıq marixuana və tiryək aşkar edilərək götürülüb. Saxlanılan şəxslər maddi gəlir etmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR