Bank Of Baku

İrandan Azərbaycana 10 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

İrandan Azərbaycana 10 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
# 24 may 2023 11:42 (UTC +04:00)

May ayının 22-də saat 22:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10 kiloqram 470 qram narkotik vasitə (9 kq 955 qram marixuana, 515 qram heroin) aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR