Bank Of Baku

İsmayıllı-Şamaxı yolunda çökmə baş verib - YENİLƏNİB

İsmayıllı-Şamaxı yolunda çökmə baş verib - YENİLƏNİB
# 30 iyun 2023 00:43 (UTC +04:00)

İsmayıllı ərazinsində yolun çökməsi ilə əlaqədar əraziyə texnika cəlb olunub.

APA-nın Şirvan bürosu xəbər verir ki, çökmə ilə bağlı əraziyə İsmayıllı rayon 9 saylı yol istismar idarəsinin texnikası, eləcə də ərazidə yol tikinti işlərini aparan şirkətin canlı qüvvəsi və texnikası cəlb olunub. İsmayıllı yol idarəsindən bildirdilər ki ümumilikdə yolun 40 metr hissəsində çökmə olub, bəzi yerlərdə 1,5 m, bəzi hissələrində 4 metrədək yol çöküb. Hazırda yolun bərpası istiqamətində iş gedir.

AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli APA-ya bildirib ki, Muğanlı-İsmayıllı istiqamətində tikinti ilə əlaqədar salınmış müvəqqəti xidməti yolda sürüşmələr qeydə alınıb. Sözügedən hissələr üzrə avtonəqliyyat vasitələrinin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə gecə saatlarında təmir işləri icra olunacaq. Bu səbəbdən Muğanlıdan İsmayıllı və əks istiqamətdə bir-neçə saatlıq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Qeyd olunan müddət ərzində sürücülərdən alternativ olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolundan (Ağsu aşırımı) istifadə etmələri tövsiyə olunur.

Yaxın saatlarda yolda hərəkət bərpa olunacaq.

***

00.21

İsmayıllıdan Şamaxıya gedən yolda Muğanlı-İsmayıllı istiqamətində çökmə olub.

APA-nın Şirvan bürosunun xəbərinə görə, hadisə təqribən bir saat əvvəl baş verib. Yol çökdüyü üçün avtomobillər yolda qalıb.

İlham Əhmədov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR