İsmayıllı rayonununda ölümlə nəticələnən yol qəzası baş verib.
DİN-dən APA-ya verilən məlumata görə, oktyabrın 27-də saat 16 radələrində İsmayıllı rayonunun İvanovka qəsəbəsi ərazisində rayon sakini F. Abdullayev idarə etdiyi “KİA” markalı avtomobili aşırıb.
Nəticədə avtomobildəki sərnişinlərdən həyat yoldaşı Fatma hadisə yerində ölüb, sürücü və digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.
İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.