Bank Of Baku

İsmayıllıda narkotik tərkibli bitkilərin kultivasiyasını həyata keçirən şəxslər saxlanılıblar

İsmayıllıda narkotik tərkibli bitkilərin kultivasiyasını həyata keçirən şəxslər saxlanılıblar
# 30 avqust 2024 09:24 (UTC +04:00)

İsmayıllıda polis əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Eldar Abbasov və Əcəb İsmayılovu saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, onlardan ümumilikdə 65 ədəd çətənə bitkisi və 5 kiloqrama yaxın marixuana aşkarlanıb. Saxlanılanların narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdikləri və aqrotexniki qaydada qulluq göstərdikləri müəyyən olunub.


Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR