Bank Of Baku

İsmayıllıda qəzada 3 nəfər ölüb - VİDEO - YENİLƏNİB-3

İsmayıllıda  qəzada 3 nəfər ölüb - VİDEO  - YENİLƏNİB-3
# 19 iyul 2026 14:58 (UTC +04:00)

İsmayıllıda baş vermiş ağır avtomobil qəzası zamanı dünyasını dəyişən şəxslərdən ikisinin kimliyi məlum olub.

APA-nın Şirvan bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı motosikletin sürücüsü 23 yaş Nihad Allahverənov, “Opel” markalı minik avtomobilinin sürücüsü 38 yaş İsa Rzayev ölüb.

Qəzada ölən digər şəxsin kimliyi müəyyənləşdirilir.

***

saat 13.58

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Topçu kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Opel” markalı minik avtomobili və “Honda” markalı motosikletin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və “Honda” markalı motosikletin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yol-qəza hadisəsi nəticəsində ümumilikdə 3 nəfət həyatını itirib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

saat 13.55

Xəbərə video əlavə edilib.

***

saat 13.18

İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, “Opel” markalı minik avtomobili və motosikletin toqquşması nəticəsində avtomobildə olan 2 nəfər, eləcə də motosikiletin sürücüsü ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nin sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

***

saat 13.00

İsmayıllıda ağır avtomobil qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, ilkin məlumata əsasən, hadisə Qurbanəfəndi kəndi istiqamətində yolda baş verib.

Hadisə nəticəsində 3 nəfər ölüb.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR