Almaniya kansleri Fridrix Merz hakim koalisiyanın dağılacağı ilə bağlı iddiaları təkzib edib.
O, ZDF telekanalına müsahibəsində bildirib ki, Xristian Demokrat İttifaqının (XDİ) Sosial Demokrat Partiyası (SPD) ilə qurduğu koalisiyadan çıxmaq niyyəti yoxdur.
Merzin sözlərinə görə, hökumətin əsas məqsədi ölkəni mürəkkəb beynəlxalq şəraitdə sabit şəkildə idarə etməkdir.
O vurğulayıb ki, bu məsuliyyət həm XDİ, həm də SPD üçün ortaq öhdəlikdir və koalisiyanın uğurlu fəaliyyəti hər iki tərəfin marağındadır.