Bank Of Baku

İsmayıllıda toyda bəy və daha 3 nəfər bıçaqlanıb

İsmayıllıda toyda bəy və daha 3 nəfər bıçaqlanıb
# 29 sentyabr 2025 00:49 (UTC +04:00)

İsmayıllı rayonunun Talıstan kəndi ərazisində toyda şəxsi münasibətlər zəminində insident olub.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə sentyabrın 28-də saat 23 radələrində baş verib.

Hadisə nəticəsində rayon sakinləri - 2005-ci il təvəllüdlü, 2008-ci il təvəllüdlü, 2007-ci il təvəllüdlü və 1976-cı il təvəllüdlü şəxslərə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirilib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Elşən Babayev müəyyən edilərək tutulub. Faktla bağlı araşdırmalar aparılır.

Məlumata görə, bıçaqlanan şəxslər toyu olan 2005-ci il təvəllüdlü Səid İsayev, 1976-cı il təvəllüdlü Rahil İsmayılov, 2007-ci il təvəllüdlü Osman İsmayılov və 2008-ci il təvəllüdlü Məhəmməd Mirzəyevdir.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Səid İsayev ambulator müalicə üçün evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR