Bank Of Baku

İsmayıllıda yol qəzasında 4 nəfər xəsarət alıb

İsmayıllıda yol qəzasında 4 nəfər xəsarət alıb
# 27 iyun 2023 19:36 (UTC +04:00)

İsmayıllı rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

APA-nın Şirvan bürosu xəbər verir ki, Muğanlı-İsmayıllı yolunun rayonun Talıstan kəndi ərazisindən keçən hissəsində "KİA" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı 1997-ci il təvəllüdlü Mirzəlizadə Vüsal Məhsim oğlu, 1984-cü il təvəllüdlü Ağaməmmədova Samirə Eldar qızı, 1989-cu il təvəllüdlü Qurbanzadə Dilqəm Bəhram oğlu və 1984-cü il təvəllüdlü Məmmədova Natəvan Akif qızı xəsarət alıblar. Xəsarət alanlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

İlham Əhmədov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR