Bu gün saat 18 radələrində İsmayıllı rayonunun Namazgah kəndi ərazisində qəza baş verib.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə nəticəsində “Mercedes” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Həsən Mirzəzadənin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi dərəyə aşıb. Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
İlham Əhmədov