İsmayıllının Qoydan kəndində təhlükəli evlərin sakinlərinin köçürülməsi ilə bağlı qərar verilib - FOTO

İsmayıllının Qoydan kəndində təhlükəli evlərin sakinlərinin köçürülməsi ilə bağlı qərar verilib - FOTO
# 29 iyun 2024 19:45 (UTC +04:00)

İntensiv yağışlar nəticəsində torpaq sürüşməsinin baş verdiyi və təhlükəli vəziyyətin yarandığı nəzərə alınaraq, İsmayıllı rayonu, Qoydan kəndində təhlükə altında olan evlərin sakinlərinin köçürülməsi ilə bağlı aidiyyəti üzrə qərar qəbul edilib.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu nəzərə alaraq Nazirlik tərəfindən həmin sakinlərin köçürülməsi işlərinə başlanılıb.

Bu məqsədlə əraziyə cəlb olunan FHN-in Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən sakinlərin və onların əmlaklarının təhlükəsiz əraziyə köçürülməsi işləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR