Bank Of Baku

İstismar müddəti bitmiş attraksionlar təkrar yoxlamalardan keçirilir

İstismar müddəti bitmiş attraksionlar təkrar yoxlamalardan keçirilir
# 28 dekabr 2022 12:46 (UTC +04:00)

Parklarda və əyləncə mərkəzlərində olan istismar müddəti bitmiş attraksionlar təkrar müayinə və yoxlamalardan keçirilir.

APA xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Qazan, qaldırıcı və energetika qurğularında işlərin təhlükəsizlik görülməsində nəzarət müfəttişliyinin rəisi Sahil Mənsimov jurnalistlərə keçirilən təlimdə deyib.

O bildirib ki, müfəttişlik tərəfindən parklarda və əyləncə mərkəzlərində attraksionlarla bağlı yoxlamalar aparılır: "Parklarda olan attraksionların bir çoxunun istismar müddəti bitir. Bu, o demək deyil ki, həmin attraksion sökülür. Müəyyən yoxlamalar və müayinələr aparılır. Onun növbəti müddət üçün yararlı olub-olmadığı müəyyən edilir. Yoxlamaların nəticəsindən asılı olaraq, attraksionların fəaliyyətinə icazə verilir. Təhlükəsizliklə bağlı sertifikatlar alınandan sonra həmin attraksionların fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilir. Yoxlama zamanı attraksionla bağlı təhlükəli hal varsa, dərhal onun fəaliyyəti dayandırılır".

Müfəttişliyin rəisi qeyd edib ki, attraksionlar sahibkar tərəfindən də təhlükəsizlik cihazları ilə gündəlik yoxlanmalıdır: "Bizim tərəfimizdən diaqnostikalar aparılır. Ayda bir dəfə attraksionlar təhlükəsizliklə bağlı yük vurularaq yoxlanılmalıdır. Attraksionlarla bağlı müəyyən kurslar keçmiş operatorların olması və fəaliyyət göstərməsi vacib haldır. Tərəfimizdən bu cür məsələlər də parklarda və əyləncə mərkəzlərində yoxlanılır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR