Bank Of Baku

Kəlbəcərdə 2 yük maşını toqquşub, xəsarət alan var - FOTO

Kəlbəcərdə 2 yük maşını toqquşub, xəsarət alan var - FOTO
# 23 dekabr 2022 16:36 (UTC +04:00)

Dekabrın 23-də Kəlbəcər rayonunun Almalıq kəndi ərazisində 2 yük avtomobili toqquşub.

Bu barədə APA-ya DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Məlumata görə, nəticədə sürücülərdən biri Göygöl rayon Toğanalı kənd sakini V. Bayramov yüngül bədən xəsarətləri alıb.

Kəlbəcər rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR