Bank Of Baku

Kəlbəcərdə yük maşını kanala aşıb, ölən var

Kəlbəcərdə yük maşını kanala aşıb, ölən var
# 12 avqust 2025 09:59 (UTC +04:00)

Kəlbəcərdə yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qılınclı kəndində qeydə alınıb. Hərəkətdə olan yük maşını aşıb. Nəticədə Şəki rayon sakini 1967-ci il təvəllüdlü Söhrab Süleymanov ölüb.

Faktla bağlı araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyinin hadisə ilə bağlı yaydığı məlumatda bildirilib ki, "112" qaynar telefon xəttinə Kəlbəcər rayonunun Qılınclı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Daewoo” markalı yük avtomobili idarəetməni itirərək yol kənarındakı kanala düşüb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR