Bank Of Baku

Kəngərli rayonunda fərdi yaşayış evində yanğın olub - FOTO

Kəngərli rayonunda fərdi yaşayış evində yanğın olub - FOTO
# 14 mart 2025 17:52 (UTC +04:00)

Kəngərli rayonu Xok kəndində fərdi yaşayış evində yanğın olub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, məlumatla əlaqədar dərhal Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq, həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının genişlənərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 230 m² olan yaşayış evinin 99 m² hissəsi yanıb, 131 m² isə yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR