Külli miqdarda narkotik dövriyyəsində ittiham olunan Vüsal Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs Vüsal Sadıqovun təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Vüsal Sadıqova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə etmə və daşıma) maddəsi ilə ittiham verilib.