Kür çayında boğulan yeniyetmələrin adları məlum olub.
APA xəbər verir ki, ölənlərin Neftçala sakinləridir.
Cəngan kənd sakinləri, 2007-ci il təvəllüdlü Əhmədov Siyasət Elşad oğlu, 2005-ci il təvəllüdlü Əhmədov Elşən Elşad oğlu və 2007-ci il təvəllüdlü Məlikov Teymur Seymur oğlu Kür çayının Cəngan kənidindən keçən hissəsində çimərkən boğulublar.
***
Saat 21:45
Neftçala rayonunun Cəngan kəndi ərazisində Kür çayında üç nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, həyata keçirilən çevik və təxirəsalınmaz tədbirlər nəticəsində iyunun 16-da axşam saatlarında batan 3 nəfər yeniyetmənin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***
Saat 20:59
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Neftçala rayonunun Cəngan kəndi ərazisindən keçən hissəsində 3 nəfərin batması barədə məlumat daxil olub.
APA xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
İyunun 16-da axşam saatlarında Kür çayının Neftçala rayonunun Cəngan kəndi ərazisindən keçən hissəsində batan 3 nəfərdən ikisinin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.