Bank Of Baku

Kürdəmirdə 7 ton ot bağlaması yanıb - VİDEO

Kürdəmirdə 7 ton ot bağlaması yanıb  - VİDEO
# 22 sentyabr 2024 22:03 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir rayonunun Qarabucaq kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.

APA nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus fərdi yaşayış evinə bitişik yardımçı tikilidə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən bitişik tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 115 kv.m. olan yardımçı tikilinin yanar konstruksiyaları 95kv.m. sahədə və damına yığılmış 10 ton ot bağlamasının 7 tonu yanıb.

Yardımçı tikilinin və ot bağlamalarının qalan hissəsi, həmçinin bitişik tikililər yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR