Bank Of Baku

Kürdəmirdə avtomobil 10 yaşlı piyadanı vurub

Kürdəmirdə avtomobil 10 yaşlı piyadanı vurub
# 29 iyul 2025 18:18 (UTC +04:00)

Kürdəmirdə yol qəzası olub, xəsarət alan var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayon ərazisində baş verib.

Kürdəmir rayon sakini, 1996-cı il təvəllüdlü Mansur Maqsud oğlu Pənahov idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə piyada, 2015-ci il təvəllüdlü Rəvan Baxşəliyevi vurub.

Zərərçəkən müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Həkimlər R. Baxşəliyevin vəziyyətini ağır olaraq qiymətləndirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR