Bank Of Baku

Kürdəmirdə avtomobil kanala aşıb, ölənlər var - YENİLƏNİB

Kürdəmirdə avtomobil kanala aşıb, ölənlər var - YENİLƏNİB
# 16 avqust 2023 19:24 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kürdəmir rayonunun Şüşün kəndində hərəkətdə olan avtomobilin suvarma kanalına düşməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

APA FHN-in saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində “Mitsubishi” markalı avtomobildə sıxılı vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

17:50

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Kürdəmir-Zərdab yolunda, rayonun Qaramahmudlu kəndi ərazisində qeydə alınıb. "Mitsubishi" markalı maşının idarəetmədən çıxaraq su arxına aşması nəticəsində 2 nəfər hadisə yerində ölüb. Meyitlər aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR