Bank Of Baku

Kürdəmirdə fermada yanğın olub, 39 baş heyvan tələf olub - VİDEO

Kürdəmirdə fermada yanğın olub, 39 baş heyvan tələf olub - VİDEO
# 10 dekabr 2022 10:49 (UTC +04:00)

Kürdəmirdə fermada yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonun Çöhranlı kəndində fermanın ərazisində ümumi sahəsi 400 m² olan tövlənin tavanı 130 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində Kürdəmir sakini fermer Əlvan Qəni oğlu Qəniyevə məxsus tövlədə 39 baş heyvanın bəzisi yanaraq, bəzisi tüstüdən boğularaq tələf olub. Yanğın fermanın çardaq hissəsində başlayıb. İlkin hesablamalara görə, yanğın nəticəsində fermerə ümumilikdə 80 min manata yaxın ziyan dəyib.

Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR