Bank Of Baku

Kürdəmirdə iki avtomobil toqquşub, 1 nəfər ölüb, 1 nəfər yaralanıb

Kürdəmirdə iki avtomobil toqquşub, 1 nəfər ölüb, 1 nəfər yaralanıb
# 26 avqust 2025 21:09 (UTC +04:00)

Kürdəmirdə yol-nəqliyyat hadisəsi olub.

APA- nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Ucarlı kəndindən keçən hissəsində baş verib.

Belə ki, "Mercedes" markalı minik avtomobili "Chevrolet" markalı digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində "Mercedes"in sürücüsü, 1986-cı il təvəllüdlü Vahid Firuz oğlu Alıyev hadisə yerində ölüb.

1975-ci il təvəllüdlü Dürdanə Səfərova isə müxtəlif dərəcəli xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR