Bank Of Baku

Kürdəmirdə iki avtomobil toqquşub, yaralılar var

Kürdəmirdə iki avtomobil toqquşub, yaralılar var
# 13 avqust 2023 19:05 (UTC +04:00)

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün gündüz saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı minik maşını ilə yük maşını toqquşub. Nəticədə 2 nəfər müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR