Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
APA xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, "Rosil" yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.
Naməlum sürücü piyada - 1984-cü il təvəllüdlü Elçin Babayevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Fakta bağlı cinayət işi başlanılıb.