Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın yolunda aksiyanı davam etdirir.
APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, aksiya baş tutan ərazidə tonqallar qalanıb. Havanın şaxtalı olmağına baxmayaraq eko-fəallar aksiyanı bu gecə də davam etdirəcəklərini bildiriblər.
Aksiya dekabrın 12-dən davam edir.
23 dekabr saat 22.15-ə olan məlumata görə Şuşada temperatur -3° dərəcə Selsidir.