Bank Of Baku

Lənkəranda 24 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB-1

Lənkəranda 24 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB-1
# 18 oktyabr 2024 08:56 (UTC +04:00)

Oktyabrın 17-si saat 22 radələrində Lənkəran rayonu ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərovun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lənkəran rayon prokurorluğundan APA-ya verilən məlumata görə, araşdırmalarla 2003-cü il təvəllüdlü Ruslan Məmizadənin Lənkəran şəhəri ərazisində Elnur Cəfərova bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ruslan Məmizadə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***

01:39

Oktyabrın 17-si saat 22 radələrində Lənkəran şəhəri ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə yerləşdirildiyi tibb müəssisəsində ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Ruslan Məmizadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


***


Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında Lənkəran şəhərinin mərkəzində yerləşən bağda baş verib.

Bıçaqlanan Lənkəran rayonunun Şiləvar kənd sakini 2000-ci il təvəllüdlü Elnur Elşən oğlu Cəfərov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR