Lənkəranda avtobus 85 yaşlı piyadanı vuraraq öldürüb

Lənkəranda avtobus 85 yaşlı piyadanı vuraraq öldürüb
# 30 aprel 2024 15:47 (UTC +04:00)

Lənkəranda avtobus piyadanı vurub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran şəhərinin Şəhidlər xiyabanı küçəsində qeydə alınıb. Lənkəran şəhəri ərazisində fəaliyyət göstərən "Dairəvi-1" marşrutu xətti üzrə hərəkət edən "PAZ" markalı avtobus, 1939-cu il təvəllüdlü İbrahim İbrahimovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, aprelin 30-da saat 15 radələrində Lənkəran rayon sakini T.Məhərrəmovun idarə etdiyi sərnişin avtobusu ilə yolu keçmək istəyən piyada 1939-cu il təvəllüdlü İ. İbrahimovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR