Bank Of Baku

Lənkəranda avtomobil 29 yaşlı piyadanı vurub - FOTO

Lənkəranda avtomobil 29 yaşlı piyadanı vurub - FOTO
# 24 sentyabr 2024 18:25 (UTC +04:00)

Lənkəranda piyadanı avtomobil vurub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə şəhərin dəniz kənarı ərazisində baş verib. "Daewoo" markalı minik avtomobili Astara rayonunun Kolatan kənd sakini 1995-ci il təvəllüdlü Anar Bəxtiyar oğlu Ağarzazadəni vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada, sürücü tərəfindən Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR