Bank Of Baku

Lənkəranda avtomobil dirəklərə və marketə çırpılıb, xəsarət alan var

Lənkəranda avtomobil dirəklərə və marketə çırpılıb, xəsarət alan var
# 07 aprel 2023 10:56 (UTC +04:00)

Lənkəranda yol qəzası olub.

APA-nın Cənub bürosu xəbər ki, Lənkəran - Boradigah magistralının Lənkəran rayonunun Vilvan kəndi ərazisindən keçən hissəsində yol qəza hadisəsi baş verib. Rayonun Separadi kənd sakini, 2001-ci il təvəllüdlü Raqib Həsrət oğlu Əkbərovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil idarəetmənin itməsi nəticəsində yol kənarındakı dirəklərə, sonra isə yaxınlıqdakı marketə çırpılıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Xəsarət alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR