Bank Of Baku

Lənkəranda avtomobil kanala aşıb, xəsarət alan var - FOTO

Lənkəranda avtomobil kanala aşıb, xəsarət alan var - FOTO
# 17 aprel 2025 19:42 (UTC +04:00)

Lənkəranda avtomobil kanala aşıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə axşam saatlarında Lənkəran şəhərinin Səttarxan küçəsində qeydə alınıb. Lənkəran şəhər sakini,1987-ci il təvəllüdlü Ülkər Əsədovanın idarə etdiyi "Chevrolet" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı suötürücü kanala aşıb.

Sürücü xəsarət alaraq Lənkəran Rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Qəza nəticəsində kanalın üstündən keçən yüksək təzyiqli qaz kəməri də qismən zədələnib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR