Lənkəranda boğulmaq təhlükəsində olan gənc xilas edilib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisindəki çimərlikdə baş verib.
Xəzər dənizinin dərin hissəsinə doğru üzən Lənkəran şəhər sakini 2007-ci il təvəllüdlü Orxan Taleh oğlu Yaqubzadənin batmaq təhlükəsində olduğunu görən xilasedicilər dərhal müdaxilə edərək onu sudan çıxarıb və sahilə çatdırıblar.
Gəncə ilkin tibbi yardım göstərildikdən sonra o, Təcili Tibbi Yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.