Bank Of Baku

Lənkəranda fermada iki nəfərin yanmış meyiti tapılıb, araşdırma aparılır - FOTO - YENİLƏNİB-1

Lənkəranda fermada iki nəfərin yanmış meyiti tapılıb, araşdırma aparılır - FOTO  - YENİLƏNİB-1
# 17 noyabr 2025 13:05 (UTC +04:00)

Lənkəranda 2 nəfərin yanmış meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya bildirilib ki, noyabrın 15-də Lənkəran rayonu Göyşaban kəndi ərazisində yerləşən fermalardan birinin həyətində olan metal konstruksiyalı yardımçı tikilidə baş vermiş yanğın nəticəsində 2 nəfərin yanmış meyitinin aşkar edilməsi faktı üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

***

11.44

Lənkəranda yanmış meyiti tapılan şəxslərin Cəlilabad rayonunun Kazımabad kənd sakinləri olduğu məlum olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, ötən gün yanmış meyiti tapılan şəxslərin Cəlilabad rayonunun Kazımabad kənd sakinləri - 1970-ci il təvəllüdlü Sərraf Bulud oğlu Mustafayev və 1966-cı il təvəllüdlü Əmrah Nəcəfalı oğlu Bədirov olduğu bildirilir. Onların kimliyini dəqiqləşdirmək üçün ailə üzvlərindən analiz götürülüb.

Həmin şəxslərin fermada gözətçi işlədikləri bildirilir.

Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

***

16 noyabr, 16.17

Lənkəranda 2 nəfərin cəsədi tapılıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, meyitlər Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda tapılıb.

Hal-hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. Onların kimliyi və hansı şəraitdə öldüyü araşdırılır. İlkin məlumata görə ölənlərin hər ikisi kişi cinsinə mənsubdur.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR